SumgaitLibrary

+994 186520087


Ekskursiya

14.05.2019-cu il tarixində Stars Academy tədris mərkəzinin erkən inkişaf qrupunun şagirdləri müəllimlərlə birgə Mərkəzi Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın multimedi mütəxəssisi Qənimyə Baqişova uşaqları kitabxananın yaranma tarixi, fondu, abonement zalı ilə tanış etdi, onlara kitabın keçdiyi tarixi yol, hazırda oxucuların tez-tez müraciət etdikləri kitablar, kitabxanada gedən işlər, görülən tədbirlər haqqında məlumatlandırdı. Sonra kitabxananın multimedia mütəxəssisləri Leyla Mahmudova və Səbinə Qasımova şagirdləri oxu zalı ilə tanış edib onların maraq dünyasını yoxlamaq üçün uşaqlara tapmacalar ünvanladılar. Növbəti baxış kitabxananın nağıl otağında keçirildi. Kitabxananın multimedia mütəxəssisləri Nəzakət Əliyeva və Elza Həsənova uşaqlara “Dovşanın tənbəlliyi”, “İtin dostluğu” nağıllarını oxuması onların böyük marağına səbəb oldu . Sərgilər, “nağıl guşəsi” ilə tanış olan uşaqlar sonda kitabxanaya üzv yazıldılar.