SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

14.05.2019-cu il tarixində Gənclər kitabxanası və 16 saylı tam orta məktəbin birgə təşkilatçılğı ilə 16 saylı tam orta məktəbdə “Qocaldıqca cavanlaşır Sumqayıt” adlı ədəbi-bədii gecə keçirilmişdir.Tədbirdə tanınmış şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair İbrahim İlyaslı, yazıçı-dramaturq Əyyub Qiyas, şairə Ofelya Babayeva,Əməkdar jurnalist Rəhman Orxan, Qubadlı rayon Yazıçılar Birliyinin sədri Namiq Məna,şairə Xatirə Fərəcli, şair Elburus Qayalı və gənc şair Elvin Əlizadə iştirak edirdilər. Tədbir G.Məmmodovun ifasında –“Canlanır hər qarış yer Sumqayıtda” mahnısı ilə açıldı. Sonra “Sumqayıt dünən və bu gün” adlı videoçarx nümayiş etdirildi. Tədbiri giriş sözü ilə 16 saylı tam orta məktəbin kitabxana müdiri S.Əliyeva açdı. Sumqayıtın tarixinə qısa ekskursiya edən kitabxana müdiri sözü Gənclər Kitabxanasının müdiri Sona Eminovaya verdi. Sona Eminova yazarların həyat və yaradıcılığı haqqında qısa məlumat verdi, Sonra söz yazarlara verildi. İ.İlyaslı, Əyyub Qiyas, O. Babayeva, Namiq Məna,Xatirə Fərəcli, Elburus Qayalı və gənc şair Elvin Əlizadə və Sumqayıtın haqqında düşüncələrini görüş iştirakçıları ilə bölüşmüş, müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə şagirdləri elmin, mədəniyyətin əsaslarına yiyələnməyə, cəmiyyətdə fəal vətəndaşlıq mövqeyi tutmağa çağırmış, onlara ünvanlanmış sualları cavablandırmış, şeirlərini oxumuşlar. İbrahim İlyaslınınn “Sumqayıta həsr etdiyi şeirə çəkilmiş slayd nümayiş etdirildi. Aparıcılar tədbir boyu yubiley ərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açdılar. Ümummilli lider Heydər Əliyevin Sumqayıta göstərdiyi diqqət və qayğının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində şəhərin yeni inkişaf mərhələsini yaşadığı vurğulanıb. Məktəbin şagirdləri tərəfindən doğma şəhər Sumqayıta həsr olunmuş şeirlər səsləndirilmiş, musiqi və rəqs ifa olunmuşdur. Məktəbin direktoru N.Süleymanov yekun sözü söyləyib və belə tədbirlərin mütamadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.