SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

13.05.2019-cu il tarixində Gənclər kitabxanasında görkəmli teatr və kino xadimi, Xalq artisti Rza Əfqanlının anadan olmasının 120 illiyi ilə əlaqədar “Yaddaşlarda yaşayan sənətkar” adlı informasiya saatı keçirilmişdir. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova aktyorun həyat və yaradıcılığı barədə geniş məlumat vermiş, Rza Əfqanlının kino və teatr sahəsindəki xidmətlərindən söz açmışdır. Vurğulamışdır ki, Rza Əfqanlı «Bakılılar», «Kəndlilər», «Yeni horizont», «O olmasın, bu olsun», «Aygün», «Sevil», «Mən ki, gözəl deyildim», «Qanun naminə» və «Dağlarda döyüş» filmlərində yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanmışdır. O, həmçinin teatr səhnəsində də bir sıra yaddaqalan rollar ifa etmişdir.