SumgaitLibrary

+994 186520087


Kukla tamaşası

13.05.2019-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında 12 nömrəli tam orta məktəbin beşyaşlılar qrupunun və valideynlərin iştirakı ilə Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziyanın 90 illik yubileyi münasibətilə şairin “Dörd arzu” və “Ayı və zoğal ağacı” nağılları əsasında kukla tamaşası təşkil edildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının böyük mütəxəssisi Leyla Mahmudova əvvəlcə iştirakçılara Hikmət Ziyanın həyat və yaradıcılığı, uşaq ədəbiyyatı sahəsindəki xidmətləri haqqında qısa məlumat verdi. Sonra o, Səbinə Qasımova ilə birgə adıçəkilən nağıllar əsasında səhnələşdirdikləri kukla tamaşasını nümayiş etdirdilər. Şən musiqilərlə müşayiət olunan nağıl-tamaşa uşaqların böyük marağına səbəb oldu. Son olaraq çıxış edən beşyaşlıların qrup rəhbəri İlhamə Axundzadə xalqını dərin məhəbbətlə sevən, həssas, kövrək, xeyirxah, hazırcavab, eyni zamanda cəmiyyətin antipodlarına qarşı barışmaz mübarizə aparan Hikmət Ziyanın əsl ziyalı və müdrik qələm sahibi kimi səciyyələndirdi. O, tədbirin keçirilməsindəki əməyinə görə kitabxana əməkdaşlarına dərin təşəkkürünü bildirdi.