SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

12.05.2019-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə Beynəlxalq Ailə Günü ilə əlaqədar “Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan böyük mütəxəssis Bağırova Rəhilə müasir dünyanın qloballaşma və inteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, modernləşməsi məsələsinə toxunmuş, Azərbaycan ailələrində milli-mənəvi dəyərlərin qorunduğunu, yaşadıldığını qeyd etmiş, ailə müqəddəsliyi, valideyn və övlad borcu, vətəndaş məsuliyyəti barədə fikirlərini çatdırmış, ölkəmizdə ailələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulamışdır. O, eyni zamanda, bu sahədə Azərbaycanın birinci xanımı,Vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq, onun dəstək verdiyi bütün layihələrin xalqımızın milli mənəvi dəyərləri ilə yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin yaratdığını diqqətə çatdırmışdır. Digər çıxışçılar İbrahimova Səbinə, Nəsirli Asif, Sevdimalıyeva Cahan və b.zorakılığın əsas səbəblərindən olan erkən və məcburi nikahın təsirlərinə diqqəti çəkdi, Azərbaycan Respublikasının qanunvericiliyində qadın hüquqları, ailə məişət zəminində qadına qarşı zorakılıq, baş verən boşanmaların əsas səbəbləri, İslamda ailə anlayışı kimi mövzularla bağlı çıxış etdilər. Onlar möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin zəruriliyini, sağlam həyat tərzinin fiziki, qarşılıqlı hörmət və ehtiramın isə psixoloji baxımdan sağlam ailənin təminatçısı olduğunu, ailə münasibətlərinin möhkəmlənməsində milli-mənəvi dəyərlərin mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırıblar. Sonda gender məsələləri ilə bağlı video çarxlar izlənilib.