SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii kompozisiya

08.05.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi münasibətilə 11 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açaraq ümummilli liderin siyasi fəaliyyəti, dövlət quruculuğu sahəsindəki xidmətləri haqqında geniş məruzə etdi. Daha sonra çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva, 11 nömrəli məktəbin kitabxana müdiri Ruhiyyə Şərəfxanova, dərnək rəhbəri İradə Sadıxova ümummilli liderin şərəfli və mənalı ömür yolundan, təhsilə, mədəniyyətə qayğısından söz açdılar. Tədbir 11 nömrəli məktəbin şagirdlərindən Ağalar Mustafayev, Nəzrin Zeynalzadə, Rübabə Yusifzadə, Milanə Hüseynova və Nərmin Süleymanovanın təqdimatında Zəlimxan Yaqubun ümummilli liderə həsr olunmuş “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya ilə davam etdi. Məktəbin xor kollektivinin ifasında musiqisi Kəmaləddin Heydərova, sözləri nəğməkar-şair Baba Vəziroğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısı tədbir iştirakçlları tərəfindən maraqla dinlənildi. Daha sonra Azərbaycanın yarım əsrlik tarixinin böyük yaradıcısı, yönləndiricisi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənildi. Sonda kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova tədbir iştirakçılarına “Yaşayan və yaşadan lider” adlı kitab sərgisi haqqında məlumat verdi.