SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

08.05.2019-cu il tarixində Gənclər kitabxanasında 16 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev Dühası: Dahilik, Zaman və Müasirlik” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə Azərbaycanın dövlət Himni səslənmiş və Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri kitabxana müdiri Sona Eminova açaraq ulu öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyət bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib, siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması istiqamətində misilsiz işlər görüb. Vurğulanmışdır ki, dahi rəhbər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinin, qoyub getdiyi zəngin irsin tədqiq və təbliği daim xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. 16 saylı tam orta məktəbin kitabxana müdiri S.Əliyeva və şagirdlərdən Şəkərov Kamil, Sayıllı Həsənbala, Əhmədova Lamiyə, Məmmədova Elnarə, Tağıyeva Əsmər və b. çıxış edərək müdrik rəhbərin ölkəmizə rəhbərlik etdiyi illərdə qazanılan uğurlardan danışıblar. Qeyd olunub ki, ümummilli liderin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar etmişdir. Həmçinin ümumilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasi, iqtisadi islahatlarından və beynəlxalq arenada ölkəmizin nüfuzlu mövqe tutması istiqamətində həyata keçirdiyi layihələrdən danışıblar. Tədbirin sonunda “Dəyirmi masa”nın iştirakçıları Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olmuş, “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filminə baxmışlar.