SumgaitLibrary

+994 186520087


Bilik yarışı

07.05.2019-cu il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Səməd Vurğun adına Mərkəzi Kitabxana və Xəzər Dünya məktəbinin təşkilatçılığı ilə bilik yarışı keçirildi. Tədbiri Mərkəzi kitabxananın əməkdaşı Məhəmmədova Sevda açaraq qeyd etdi ki, tədbirin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin irsinin təbliği, məktəblilərin intellekt və bilik səviyyəsinin öyrənilməsidir. Sonra Xəzər Dünya məktəbinin direktoru Ağayeva Hüzürə xanım çıxış edərək yarışın qaydaları haqqında məlumat verdi, iştirakçılara uğurlar arzuladı.Yarışda Sumqayıt orta məktəblərinin 6 komandası – 14 nömrəli məktəbin “Ziya”, 17 nömrəli məktəbin “Göytürk ”, 23 nömrəli məktəbin “Uğur ”, 26 nömrəli məktəbin “Qarabağ”, 38 nömrəli məktəbin “Atilla” , Xəzər Dünya məktəbinin “Dünya məktəbi ” birincilik uğrunda mübarizə apardılar. Şagirdlərə ümumilikdə 25 sual verildi. Münsiflər heyətinin üzvləri : SDU-nun müəllimi, tarixçi-alim, Respublikanın Əməkdar müəllimi Bəhram Məmmədli , tədqiqatçı-tarixçi, jurnalist Tahirə Zeynalova, Sumqayıt Mərkəzi kitabxanasının əməkdaşları Natəvan Axundzadə və Nailə Əsgərovanın ümumi rəylərinə əsasən 21 balla “Qarabağ” I – yerə, 20 balla “Uğur ” II-yerə, 18 balla “Atilla” III – yerə layiq görüldülər.