SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

07.05.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar “Sən oldun bu xalqa ümid və güvən” adlı poeziya dəqiqələri keçirdi. Tədbir 5 saylı məktəbin 4-cü sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək geniş məlumat verdi. Sonra şagirdlər ona həsr edilmiş müxtəlif şeirlər söylədilər. Tədbirdə ulu öndər haqqında kitablardan və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirildi.