SumgaitLibrary

+994 186520087


Sərgi

07.05.2019–cu il tarixində faşizim üzərində qələbənin 74 – cü ildönümü münasibəti ilə Səməd Vurğun adına Mərkəzi Kitabxananın Oxu zalında “Azərbaycan xalqının parlaq səhifəsi” adlı sərgi təşkil edildi. Sərgidə Böyük Vətən Müharibəsini, bu müharibədə Azərbaycan xalqının rolunu özündə əks etdirən kitab, jurnal materialları nümayiş olundu. Mərkəzi Kitabxnanın baş biblioqrafı Nazxanım Cəfərova oxuculara sərgidən xülasə verdi. O, müharibədə Azərbaycan xalqının iştirakından danışaraq qeyd etdi ki, II Dünya Müharibəsində verdiyimiz qurbanlar və fədakar əməyimiz bizi alman faşizmi üzərində qələbə çalan xalqların ön sıralarında yerləşdirdi. Qələbə gününədək müharibəyə yollanan 600 min azərbaycanlının yarısından çoxu qayıtmadı, 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 200 minə yaxın soydaşımız isə müxtəlif orden və medallarla təltif edildi.Bakı neftçiləri bu dövrdə ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin verdi. Bu, düşmən üzərində qələbə çalınmasında böyük rol oynadı.