SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

07.05.2019-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə “Mənəvi sərvətimiz - Soltan Hacıbəyov” adlı informasiya saatı keçirilmişdir. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova S.Hacıbəyovun həyatı və yaradıcılığı haqqında məlumat verib, qeyd etdi ki, müasir musiqi mədəniyyəti xəzinəmizə misilsiz töhfələr vermiş S.Hacıbəyov milli musiqi sənətində aparıcı simalardan biridir. S.Hacıbəyovun özünəməxsus orijinal yaradıcılığı ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanmışdır. S.Hacıbəyovun bir çox əsərləri respublikamızın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilərək, tez bir zamanda populyar əsərlər sırasına daxil olmuşdur. Onun “Karvan” simfonik lövhəsi respublikamızın hüdudlarından kənarda səslənmişdir. Bəstəkarın “Gülşən” baleti SSRİ Dövlət mükafatına layiq görülmüşdür.Sonda vurğulandı ki, S.Hacıbəyov istedadlı bəstəkar olmaqla yanaşı, musiqi sahəsində görkəmli ictimai xadim, gözəl təşkilatçı idi. O, Azərbaycan Dövlət Flarmoniyasının bədii rəhbəri, direktoru, Bəstəkarlar İttifaqının birinci katibi,1963-cü ildən İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur