SumgaitLibrary

+994 186520087


Ekskursiya

07.05.2019-cu il tarixində S. Vurğun adına Mərkəzi Kitabxanananın İncəsənət şöbəsinə 23 saylı məktəbin şagirdləri tərəfindən ekskursiya təşkil edilmişdir. İbtidai sinif müəllimi Bağırova Kəmalə öz körpə fidanları ilə kitabxanaya ekskursiyaya gəldilər. Kitabxanaçılar birinci sinif şagirdlərini kitabxana ilə tanış etdi. Onlara kataloq və kartoteka haqqında məlumat verdi, müxtəlif mövzulu sərgilərlə tanış etdi. Sonda onlara kitabxanaya yazılıb, kitab oxumağı tövsiyyə etdi.