SumgaitLibrary

+994 186520087


Kompozisiya

06.05.19-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Sən elə bir zirvəsən” başlıqlı kompozisiya keçirilmişdir. Böyük kitabxanaçı Səadət Allahverdiyeva hamını salamladı, mövzu ilə bağlı oxucuları məlumatlandırdı. Kitabxananın oxucusu Rəhimli Onur “Liderlik zirvəsi” adlı məruzə etdi. Məruzədə Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti geniş əks olunmuşdur. Sonra söz oxuculara verildi. 28 saylı məktəbin 5 b siif şagirdləri, kitabxananın fəal oxucuları Qaflanlı Rəhman, Alışova Alidə,Yunusli Əli, İmranlı Səlim, Qədimli Selcan, Qaflanlı Yusif şairlərdən Fikrət Qocanın “Vətən oğlu”, Nəbi Xəzrinin “Ölməz insan”, Ramiz Duyğunun”Prezidentin ürəyi”, Sərvaz Hüseynoğlunun “O, qalib yaşadı”, Vaqif Məmmədovun “Əbədiyyət yolu”, Rafiq Yusifoğlunun “Heydər baba” şeirləri əsasında kompozisiya nümayiş etdirmişdilər.”Azərbaycanın özü qədər əbədi” başlıqlı sərginin də geniş xülasəsi verilmişdir. Sərgidə Heydər Əliyevin ömür yolunu əks etdirən kitab, qəzet, jurnal materialları öz əksini tapmışdır. Mövzu ilə başlı videoçarx da izlənilmişdir.