SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

06.05.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxana İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar 5 nömrəli tam orta məktəbdə “İnsan alveri və məcburi əmək” adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq vurğuladı ki, Azərbaycanda uzun illər ərzində insan alverinə qarşı ciddi mübarizə tədbirləri görülüb, ölkə bu sahədə beynəlxalq əməkdaşlığa töhfə verib. Sonra “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliiyi”nin rəhbəri Zemfira Mustafayeva mövzu ətrafında cıxış edərək vurğuladı ki, insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, təhsildən yayınan uşaqların müəyyən edilməsinə yönəldilən maarifləndirmə və təbliğat işləri bu gün çox əhəmiyyətlidir. Daha sonra məktəblilərin sualları cavablandırıldı.