SumgaitLibrary

+994 186520087


Ekskursiya

06.05.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinə 43 saylı uşaq bağçasının “Salam, cırtdan balalar!” adlı ekskursiyası təşkil edilmişdir. Ekskursiyada 43 saylı uşaq bağçasının məktəbəqədər qrupu iştirak etdi.Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova uşaqları kitabxananın fondu, kataloqu, kartotekası, oxu zalı və abonement şöbələri, sərgiləri, nağıl otağı ilə tanış etdi.Sonra nağıl otağında onlara müxtəlif tapmacalar və məntiqi suallar ünvanlayaraq əyləncəli oyun keçirdi.Uşaqlar sualların cavablandırılmasında fəallıq göstərdilər, şeirlər söylədilər, mahnı oxudular, rəqs etdilər.Sonra vdeoçarx vasitəsilə nümayiş olunan “İki bacı” və “Qırmızı papaq” nağıllarını izlədilər