SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

05.05.2019-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə Şuşa və Laçının işğal günü ilə əlaqədar "Tərlan oylağında sar ola bilməz” adlı informasiya saatı keçirilmişdir. İlk öncə Qarabağ uğrunda canından keçən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Böyük mütəxəssis Bağırova Rəhilə Azərbaycanın mədəniyyət məbədi olan Şuşa və Laçının ermənilər tərəfindən işğalı ilə bağlı faktları xatırladıb. Bu rayonların işğalı nəticəsində zəngin tarixi-mədəni abidələrin tamamilə talan və məhv edildiyini bildirdi.Qeyd etdi ki, bu gün Şuşa və Laçının işğal altında qalması, mədəni abidələrin darmadağın olunması yalnız Azərbaycan mədəniyyəti üçün ağır itki sayıla bilməz: “Bu fakt dünya mədəniyyəti külliyyatı üçün böyük itkidir. Beynəlxalq qurumlar da Şuşa və Laçının qəsbkarlar tərəfindən məhv edilməsinə susmamalıdırlar. Təəssüf, gerçəklər və ədalət bu gün ikistandartlı siyasətin yalanlarının kölgəsində qalıb”. R.Bağırova yalnız Şuşa və Laçınla bağlı deyil, ümumiyyətlə işğalla bağlı faktların təbliğinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulamışdır. Sonda qeyd edildi ki, bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!