SumgaitLibrary

+994 186520087


Ekskursiya

17.04.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 18 aprel Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar 25 saylı məktəblə birlikdə “Bayraq muzeyi”nə ekskursiya təşkil etmişdir. Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova 25 saylı məktəbin 7-ci sinif şagirdləri ilə birlikdə “Bayraq muzeyi”nə ekskursiya etdilər. Muzeyin bələdçisi muzey haqqında ətraflı məlumat verərək bildirdi ki, sərgi zallarında altı bölmə fəaliyyət göstərir.Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, müxtəlif dövrlərdə olan döyüşçülərin geyimləri , Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar, həmçinin müxtəlif illərə aid poçt markaları, orden və medallar nümayiş etdirilir.