SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

15.04.209-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Ölümü ilə ölməzlik qazanan şair” adlı informasiya saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə tədbirdə çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən bir şair olub. O, şairin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər, dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə olunub. R.Bağırova Nəsimi yaradıcılığının, ədəbi irsinin şagirdlər tərəfindən sevilərək öyrənildiyini, şairin şeirlərindəki mövzuların bu gün də öz aktuallığını itirmədiyini diqqətə çatdırıb.