SumgaitLibrary

+994 186520087


Ekskursiya

14.04.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanası və İngilis Dili Mərkəzinin birgə təşkilatçılığı ilə 15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrına ekskursiya təşkil edilmişdir. Azərbaycanın zəngin teatr ənənələrinin layiqli davamçısı, milli mədəniyyətin ümumi tərəqqisi işinə töhfələr bəxş etmiş Sumqayıt Dövlət Dram Teatrına göstərilən dövlət qayğısı və dəstəyi haqqında məlumat verən teatrın inzibatçısı Nizami Mirzəyev teatrın keçdiyi zəngin yaradıcılıq yolundan söhbət açdı, ekskursiya iştirakçılarına Sumqayıt Dövlət Dram Teatrının fəaliyyətini əks etdirən sərgi-afişa haqqında, ötən dövr ərzində tamaşaçı auditoriyasının rəğbətini qazanmış görkəmli sənətkarlar və gənc, istedadlı aktyorlar haqqında söhbət açdı.