SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Diskussiya
14.04.2019-cu il tarixində Gənclər kitabxanasında Texniki Kollec tələbələrinin iştirakı ilə 2019-ci il "İslam Dünyasında Mədəni İrs ili" çərçivəsində “Milli-mənəvi irsimiz bizim tariximizdir” adlı diskussiya keçirilmişdir. Kitabxana müdiri Sona Eminova İSESCO-nun İslam ölkələri mədəniyyət nazirləri konfransının qətnaməsinə uyğun olaraq 2019-cu ili “İslam mədəni irsi ili” elan etdiyini vurğulayıb, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, qeyd edib ki, xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir. O, çıxışına davam edərək Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə da gənclərə məlumat verib. Həmçinin dünyanın nüfuzlu muzeylərindә saxlanılan Azərbaycan incәsənәti nümunәlәrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının tәsdiqlənmәsi, UNESCO, ISESCO, TÜRKSOY və digәr beynəlxalq təşkilatlarda təsviri sәnətimizin tәbliği vә tanıdılması istiqamәtində görülmüş zəruri işləri vurğulamışdır. Texniki Kollec Gənclər Təşkilatının sədri Məmmədova Məhbubə, tələbələrdən Fərzalıyeva Sahilə, Kərimli Səkinə, Vəliyev Valeh və b. dünya virtual məkanındakı unsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini qeyd etmişlər. Maraqlı diskussiya şəklində davam edən tədbirin sonunda “Heydər Əliyev və mədəni irsimiz” adlı vdeoçarx nümayiş etdirilmişdir.