SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Görüş
13.04.2019-cu il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Şəhər S.Vurğun adına Mərkəzi Kitabxanası, Nizami Gəncəvi adına Kitabxana-Klub, Mərkəzi Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə uşaqların sevimli yazarı, şair Zahid Xəlillə görüş keçirilib. Sumqayıt Şəhər Poeziya Evində baş tutan tədbirin aparıcısı filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu Zahid Xəlilin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Sumqayıt Şəhər MKS-nin direktoru Yeganə Əhmədova, şəhər 27 nömrəli məktəbin direktoru Valid Mustafayev, jurnalist Rəhman Orxan və digərləri çıxış etdilər, şair haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüblər. Sonra Nizami Gəncəvi adına Kitabxana-Klubun fəal oxucularının ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib. Daha sonra Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarının şairin “Mən tülküyəm” nağıl-poeması əsasında hazırladıqları kukla tamaşası, S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin oxucularının “Yeddi rəngli muncuq” şeiri əsasında hazırladıqları səhnəcik nümayiş olunub və maraqla qarşılanıb. Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb. Tədbirdə şairin həyatı və yaradıcılığını əks etdirən “Balalara hədiyyə” başlıqlı sərgi nümayiş olunub.