SumgaitLibrary

+994 186520087


Tofiq Mütəllibov - 90

13.04.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 38 nömrəli tam orta məktəbin 1B sinif şagirdlərinin iştirakı ilə tanınmış şair-publisist, 30-a yaxın kitabın müəllifi, yaddaşlarda “Cücələrim” mahnısının söz yazarı kimi qalan nəğməkar şair Tofiq Mütəllibovun anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirildi. Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova təpələnən dağlara, ləpələnən dənizlərə baxa-baxa yurdumuzun gözəlliklərinə, fəsillərinə nəğmələr qoşmuş Tofiq Mütəllibovun həyat və yaradıcılığı haqqında məlumat verdi, uşaqlara şairin kiçik həcmli şeirlərindən oxudu. Sonra tədbir iştirakçıları kitabxana əməkdaşları tərəfindən Tofiq Mütəllibovun “Kəndli və pələng” nağıl-poeması əsasında hazırlanmış kukla tamaşasını seyr etdilər. Sonda çıxış edən 38 nömrəli məktəbin kitabxana müdiri Şəfiqə Əliyeva ədəbiyyatımızda sevimli uşaq şairlərindən biri kimi böyük şöhrət tapmış Tofiq Mütəllibovun nikbin, lirik şeirləri, ölməz nəğmələri, vətənin gözəlliklərini sözə köçürən şeirləri ilə əbədi yaşayacaını vurğuladı və tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına öz dərin təşəkkürünü bildirdi.