SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Görüş
13.04.2019-cu il tarixində M.Ə.Rəsulzadə adına kitabxan filialda “Vətən üçün canlarından keçənlər” başlığı altında Sumqayıtın şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt filialı üzrə sədri Tərlan Hacızadə, Şəhid Ailələri, “Məşəl” Əlil və Veteranlar İctimai Birliyi,1 nömrəli Uşaq və Gəclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri, 15 və 25 saylı tam orta məktəb, 5 saylı Zəngilan tam orta məktəbin şagirdləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himi səsləndirildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edilib. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Ofelya Qafarova açıq elan etdi. Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt filialı üzrə sədri Tərlan Hacızadə bildirdi ki, azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasi-bətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzulan həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar. Daha sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər dinlənilib.