SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

11.04.2019-cu il tarixində Gənclər kitabxanasında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin 130 və Teymur Mustafayevin 80-ci ildönümü ilə əlaqədar “Musiqi kəhkəşanının parlaq simaları” adlı informasiya saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Sona Eminova hər iki sənətkarın həyatı və fəaliyyəti haqqında geniş məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncamının əhəmiyyətini vurğulamış, qeyd etmişdir ki, hər iki sənətkar xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşatmış, təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişlər.