SumgaitLibrary

+994 186520087


Mövzu gecəsi

11.04.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam”ına əsasən 16 nömrəli tam orta məktəbin altıncı sinif şagirdlərinin iştirakı ilə “Şərq musiqisinin incisi” adlı mövzu gecəsi keçirildi. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova görkəmli xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin ömür və yaradıcılıq yolu, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı xidmətləri haqqında geniş məlumat verdi, muğam ustadının sənət dünyasından bəhs edən kitab və dövrü mətbuat materiallarının qısa xülasəsi ilə çıxışını bitirdi. Daha sonra çıxış edən 16 nömrəli məktəbin kitabxana müdiri Südakət Əliyeva Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açaraq bildirdi ki, geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Sonda tədbir iştirakçıları görkəmli ustadın muğam sənətinin inkişafı naminə gördüyü işlərdən bəhs edən videofilm izlədilər.