SumgaitLibrary

+994 186520087


Ekskursiya

08.04.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinə 15 saylı məktəbin şagirdlərinin “Kitablar krallığına səyahət” adlı ekskursiyası təşkil edilmişdir. Ekskursiyada 15 saylı məktəbin 5-ci sinif şagirdləri iştirak etdilər.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə kitabxananın fondu, kataloqu, kartotekası, oxu zalı və abonement şöbələri haqqında geniş məlumat verərək onları nağıl otağı, ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar “Xalqa bəxş edilmiş ömür”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş “Güclü lider-güclü dövlət”, vətənpərvərliyin təbliği ilə bağlı “İgidlər ölməz,Vətən bölünməz”, Uşaq şöbəsinin 50 illiyinə “Danışır və göstərir kitabxana”, Sumqayıt şəhərinin 70 illiyinə “Yaş ötdükcə cavanlaşan Sumqayıt”, oxucuların rəsm və əl işlərindən ibarət “Bizim rənglər dünyamız”, fondun təbliği ilə “Balalara hədiyyə”, “Fonda daxil olan ədəbiyyat”, “Nəsimi ili” nə “Nəsiminin sözü həqdir, həqqi bil”, C.Məmmədquluzadənin 150 illiyinə “Azərbaycan ədəbiyyatının güzgüsü”, C.Cabbarlının 120 illiyinə təşkil edilmiş “Bu bir neçə söz yadigarım olsun” sərgilərilə tanış etdi.