SumgaitLibrary

+994 186520087


Açıq qapı günü

07.04.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 7 aprel Ümumdünya Sağlamlıq Günü münasibətilə “Sağlam nəsil-sağlam gələcək” adlı açıq qapı günü keçirildi. Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova günboyu kitabxanaya gələn oxuculara əvvəlcə bu gününün təsis olunma tarixi haqqında qısa məlumat verərək sağlamlığı qorumağın yolları, fəal həyat tərzi keçirməyin, fiziki tərbiyənin, pis vərdişlərdən uzaq durmağın, təbii amillərlə müalicənin əhəmiyyətindən danışdı. Leyla Mahmudova səhiyyə, tibb elmlərinə aid 30 adda kitabı özündə əks etdirən “Sağlam nəsil-sağlam gələcək” adlı kitab sərgisi haqqında da qısa xülasə verdi.