SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

06.04.2019-cu il tarixində Gənclər kitabxanasında xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyi ilə əlaqədar “Vicdanın adaptasiyası-Çingiz Abdullayev” adlı ədəbiyyat saatı keçirilmişdir. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, bildirmişdir ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ən məşhur detektiv janr ustası olan Çingiz Abdullayev gənc yaşlarında Xalq Yazıçısı adına layiq görülmüş, ədəbi fəaliyyətə hələ tələbəlik dövründən başlamışdır. O, 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir, rus dilində yazıb-yaradır, ingilis və italyan dillərində sərbəst danışır. Onun əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış kitabları bütün dünyada yayılmışdır. Bu kitablar onu bütün dünyada siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırmışdır. Ç.Abdullayev Prezident İlham Əliyevin 2009-cu il 7 aprel tarixli Sərəncamı ilə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bu gün dünyada yazıçının sevilə-sevilə oxunduğunu vurğulayan S.Əbdürrəhmanova əsərlərinə çəkilmiş filmlər haqqında məlumat verdi.