SumgaitLibrary

+994 186520087


Ekskursiya

06.04.2019-cu il tarixində 4 saylı tam orta məktəbin ikinci sinif şagirdləri valideynlərlə birgə Mərkəzi Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın multimedia mütəxəssisləri Səbinə Qasımova və Leyla Mahmudova uşaqları kitabxananın yaranma tarixi, fondu, ayrı-ayrı xidmət zalları, soraq-məlumat aparatı ilə tanış etdi, onlara kitabın keçdiyi tarixi yol, hazırda oxucuların tez-tez müraciət etdikləri elektron kitablar, kitabxanada gedən işlər, görülən tədbirlər haqqında məlumatlandırdılar. Sərgilər, “nağıl guşəsi” ilə tanış olan uşaqlar sonda kitabxanaya üzv yazıldılar.