SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

04.04.2019-cu il tarixində S. Vurğun adına Mərkəzi kitabxana, Sumqayıt Şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə "N" saylı Hərbi Hissədə "Qanlı tariximiz, şanlı tariximiz" adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə 2016-cı il Aprel döyüşlərində zabit və əsgərlərimizin igidliyi haqqında geniş məlumat verilib. Sonra Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında "Ana və əsgər" kompozisiyası nümayiş olunub, mövzu ilə əlaqədar çıxışlar dinlənilib. Daha sonra Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında vətənpərvər şeir və mahnılar zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb. S.Vurğun adına Mərkəzi kitabxananın Azərbaycan tarixinə, hərbi vətənpərvərliyə və digər ədəbiyyat və dövrü mətbuat materiallarını əks etdirən sərgi nümayiş olunub. Sərgi tədbir iştirakçılarının geniş marağına səbəb olub