SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

04.04.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində 15 saylı məktəbin şagirdlərinin iştirakı ilə 2016-cı il Aprel şəhidlərinin anılması ilə əlaqədar “Yaşadıqca – Vətənimiz, ölsək –şəhid məzarımız” adlı xatirə gecəsi keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilərək iştirakçıların birgə ifası ilə başlandı.Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 15 saylı məktəbin şagird və müəllim kollektivi iştirak etdi.Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova əvvəlcə Kəlbəcər rayonunun işğalı haqqında geniş məlumat verərək bildirdi ki, Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. Sonra Aprel döyüşlərindən bəhs edərək bildirdi ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.Sonra Aprel döyüşlərində şəhid olmuş Murad Məmmədov, Raquf Orucov, Seymur Baxışov, Əbdülməcid Axundov, Şülan Bayramov, Rəşid Baxşəliyevin, eyni zamanda aprel ayında anadan olmuş Milli Qəhrəmanlarımızın həyat və fəaliyyətindən, keçdiyi şərəfli döyüş yolundan bəhs etdi.Sonda iştirakçılar “İgidlər ölməz, Vətən bölünməz!” sərgisindəki kitab və dövri mətbuat materialları ilə tanış oldular.