SumgaitLibrary

+994 186520087


Açıq qapı günü

03.04.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar “Mütaliəni dəb edək” adlı açıq qapı günü keçirmişdir. Tədbir 15 saylı məktəbin şagirdlərinin iştirakı ilə keçirildi. Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova şagirdlərə uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsindən söhbət açaraq bildirdi ki, məşhur danimarkalı yazıçı, nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.Tədbirdə “Mütaliəni dəb edək” başlığı altında kiçik yaşlı uşaqlar üçün azərbaycan, rus və ingilis dillərində müxtəlif yeni, rəngarəng kitablar nümayiş etdirildi. Tədbir şagirdlərin böyük marağına səbəb oldu və sərgiyə baxışla sona yetdi.