SumgaitLibrary

+994 186520087


“Tarix qəhrəmanlığı unutmur”

03.04.2019-cu il tarixində İncəsənət şöbəsində Aprel döyüşlərinin ildönümü ilə əlaqədar olaraq “Tarix qəhrəmanlığı unutmur” adlı tədbir keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şöbənin müdiri Qələndərova Aidə çıxış edərək bildirdi ki, Aprel döyüşləri xalqımızın tarixinə yeni bir qəhrəmanlıq səlnaməsi yazıb. Düşmənə sarsıdıcı zərbələr vuran aprel döyüşlərində ordumuz gücünü bir daha nümayiş etdirərək hər bir azərbaycanlıya möhtəşəm qələbə sevinci yaşatdı.Tədbir iştirakçılarına aprel şəhidlərindən Əbu Bəkr İsmayılov,Qabil Orucəliyev, Raquf Orucov, Əbdülməcid Axundov, Şulan Bayramov,Seymur Baxışov haqqında məlumat verildi, onların keçdiyi döyüş yolundan söhbət açıldı.