SumgaitLibrary

+994 186520087


Məruzə

03.04.2019-cu il tarixində Gənclər kitabxanasında Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri-ruhumuzun qələbəsidir” adlı məruzə keçirilmişdir. İlk öncə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dövlət himnimiz tədbir iştirakçıları tərəfindən birlikdə ifa olunub. Kitabxana müdiri Sona Eminova qeyd edib ki, 2016-cı il tariximizə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub.Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprel ayının əvvəl-lərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini vermiş, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilmiş, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçmiş və 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatmışdır. Kitabxana müdiri xüsusilə vurğuladı ki, müdrik və qətiyyətli Ali Baş Komandanımızın da dəfələrlə qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirmişdir. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezindenti cənab İlham Əliyevin uzaqgörən diplomatıyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanının daimi diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olduğunu bildirmişdir.