SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

03.04.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Abonement şöbəsi 5 saylı tam orta məktəbdə Cəfər Cabbarlının hekayələri əsasında kitab müzakirəsi keçirdi. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin multimedia mütəxəsisi Seyidnurova Xəyalə açaraq Cəfər Cabbarlının yaradıcılığında geniş yer tutan hekayələri haqqında qısa məlumat verməklə vurğuladı ki, müəllifin hekayələrində gördüyü zülmə və haqsızlığlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır.Tədbirdə müəllifin “Dilarə”, “Dilbər”, “Əhməd və Qumru” hekayələri ətrafında çox maraqlı müzakirə getdi.Tədbirdə eləcə də məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Lamiyə Kazımova çıxış edərək vurğuladı ki,Cəfər Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərə təsadüf edir.