SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

18.03.2019-cu il tarixdə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Novruz bayramı ilə əlaqədar “Yetişdi fəsli - bahar” adlı ədəbi- bədii gecə keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova Novruz bayramı münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını bildirdi.Tədbirin aparıcıları Lətifə Mahmudova və Aynur Kərimova iştirakçılara Novruz bayramının adət-ənənələri, çərşənbələri haqqında geniş məlumat verdilər.Sonra şöbəmizin kiçikyaşlı fəal oxucusu İnci Hüseynzadə “Novruz bayramı” şerini söylədi.Tədbirə Kosa və Keçəlin gəlişi, deyişməsi yeni bir rəng qatdı.Uşaqlar bahara həsr edilmiş müxtəlif şeirlər, tapmacalar, yanıltmaclar, hakıştalar söylədilər.Uşaqların Kosa və Keçəllə yumurta döyüşdürmə səhnəsi maraqla izlənildi. Sonra Bahar qız məclisə musiqi sədaları altında daxil olaraq iştirakçılarla birlikdə rəqs etdi. İştirakçılardan Nihad Bədəlli qarmonda, Cavidan Mirzəzadə tarda ifa etdilər, Şəfiqə Xəlilova “Bahar gəlib” mahnısını oxudu.Tədbir oxucuların birgə rəqsi ilə sona yetdi. Tədbirdə “Elimizə bahar gəlir” başlığı altında sərgi nümayiş etdirildi.