SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

18.03.2019-cu il tarixində Gənclər kitabxanasında "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində Milli Qəhrəmanlar Paşa Təhməzovun 70, Viktor Seryoqinin 75, Fariz Qəhrəmanovun 45 və Etibar İsmayılovun 60 illik yubileyləri ilə əlaqədar “Tarix qəhrəmanlığı unutmur” adlı informasiya saatı keçirilmişdir. Tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib. Böyük mütəxəssis Bağırova Rəhilə adı çəkilən Milli Qəhrəmanların hər birinin həyatı və şərəfli döyüş yolu, şücaəti barədə məlumat verib. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğu vurğulanıb. Qeyd edilib ki, Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına – Azərbaycan Respublikasının Milli Qəhrəman adına layiq görülmüşlər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur.