SumgaitLibrary

+994 186520087


Ümumdünya Su Ehtiyatları Günü

18.03.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi 18 Mart Ümumdünya Su Ehtiyatları Günü münasibətilə General M.Əsədov adına İTTİ gimnaziyasında tədbir keçirdi.Tədbiri İncəsənət şöbəsinin multimedia mütəxəsissi Əliyeva Cəmilə açaraq Ümumdünya Su Ehtiyatları günü haqqında məlumat verdi. “Su nədir?“ kitabından “Su çoxdurmu?”, “Su niyə yeriyir?”, “Mineral suların təbii muzeyi?“, “Öncə Tanrı ilə su varmış?” və s. adlı bölmələrini ucadan oxudu. Sonra şagirdlər sual cavabda fəal iştirak edərək su haqqında şeirlər, atalar sözləri söylədilər.