SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

17.03.2019-cu il tarixində M.Ə.Sabir adına kitabxana filialda İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar “Bədii fikir səlnaməsinə parlaq səhifə yazmış sənətkar “adlı oxucu konfransı keçirildi. Tədbiri giriş sözu ilə kitabxananın müdiri H.Pirimova açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Kitabxananın fəal oxucusu Cabbarov Zəkəriyyə "Ayrılan yollar" romanı haqqında danışdı. Fəal oxucu Quliyev Qara ”Dəli kur“ əsərində sinfi münasibətlədən geniş danışaraq əsərdə olan xarakterlər Cahandar ağa, oğulları Samxal və Əşrəfin həyat yolları barədə geniş məlumat verdi. SDU –nin filologiya fakultəsinin müəllimi Səttarova Aygün İsmayıl Şıxlının yaradıcılığını geniş şərh etdi. Fəal oxucu SDU-nin filologiya fakultəsinin tələbəsi Rüstəmova Leyla 20 –ci illərin ziddiyyətli həyatınından bəhs edən ,,Qanlı təpə “ adlanan,sonralar "Mənim ölən dünyam“ adı ilə nəşr olan əsər haqqında danışdı.