SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

13.03.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində “Azərbaycanın Milli Qəhrəmanı” adının təsis edilməsi günü ilə əlaqədar “Vətən üçün ölməliyik” adlı informasiya saatı keçirildi. Tədbir Dövlət Himninin səsləndirilərək iştirakçıların birgə ifası ilə başlandı.Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə 25 saylı məktəbin şagird və müəllim kollektivi iştirak etdi.Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova martın 16-da 100 illik yubileyi qeyd olunacaq Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqında və “Azərbaycanın Milli Qəhrəmanı” adının təsis edildiyi günlə bağlı iştirakçılara geniş məlumat verdi. Sonra Vətənimizin bütövlüyü uğrunda döyüşərək igidliklər göstərmiş oğul və qızlarımız Mehman Hüseynov, Qaratel Hacımahmudova, Raquf Orucov, Növrəstə Yusifova, Ramil Səfərov, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Əlif Hacıyev, Çingiz Qurbanov, Mübariz İbrahimov, Allahverdi Bağırov, Salatın Əsgərova, Gültəkin Əsgərovanın həyatından, şərəfli döyüş yolundan bəhs etdi.Tədbirdə nümayiş olunan “İgidlər ölməz, Vətən bölünməz!” sərgisindəki kitab və dövrü mətbuat materialları ilə iştirakçıları tanış etdi. Sonda Azərbaycanın Milli Qəhrəmanlarından bəhs edən videoçarx izlənildi.