SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbi-bədii gecə
12.03.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, fenomenal təfəkkür sahibi, qüdrətli sənətkar Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Fəqət ölən deyil onun sənəti” adlı ədəbi-bədii gecə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına əsasən keçirilən tədbiri giriş sözü ilə açan multimedia mütəxəssisi Leyla Mahmudova əvvəlcə iştirakçılara C.Cabbarlının qısa, keşməkeşli, lakin şərəfli həyatı və zəngin yaradıcılığı haqqında məlumat verdi, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Kitabxanaçı tədbir iştirakçılarına “Mən bir susmaz duyğuyam ki...” başlıqlı sərgidəki kitablar haqqında da qısa xülasə verdi. Cəfər Cabbarlının həyat və yaradıcılığından məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz N.Tusi adına 12 nömrəli tam orta məktəbin 7B sinif şagirdlərinə verildi. Şagirdlərindən Jalə Həsənli “Olsun qoy”, Fatma Həsənli “Mənim tanrım”, Rəsul Vəliyev “Salam”, Nihad Mustafayev "Ölkəm”, Fidan Şahvələdova “Ana”, Nərmin Hüseynova “Azərbaycan bayrağına”, Nənəş İsmayılova “Mən bir susmaz duyğuyam ki...”, Rəhman Kişiyev “Olmasın” şeirlərini onun sözlərinə bəstələnmiş musiqi sədaları altında söyləyiblər. Görkəmli ədibin “Almaz” pyesi əsasında 10A sinif şagirdlərindən Zeynəb Səmədovanın (Almaz), Samir Muhammad Zahidin (Şərif), Əmrah Əliyevin (Mirzə Səməndər) oynadıqları bir parça tamaşa iştirakşıların alqışı ilə qarşılandı.Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi İradə Quliyeva “Cəfər Cabbarlının dramaturgiya yaradıcılığı” mövzusunda çıxış etdi, tanınmış şəxslərin onun haqqında olan xatirələrdən söhbət açdı.Tədbirin sonunda Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva çıxış edərək dövlətinizin Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən, ölkə prezidentinin yazıçının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının buna bariz nümunə olmasından bəhs etdi və tədbirin təşkilində göstərdiyi böyük köməyə görə 12 nömrəli məktəbin dil-ədəbiyyat müəllimlərindən Səbinə Əfəndiyeva və İradə Quliyevaya öz dərin minnətdarlığını bildirdi.