SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

11.03.2019-cu il tarixində Gənclər kitabxanasında Azərbaycanın Xalq Artisti, görkəmli aktyor Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski” adlı informasiya saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə görkəmli sənətkarın həyat və fəaliyyətindən söhbət açmış, qeyd etmişdir ki,Hüseynqulu Sarabski XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır. Professional musiqi teatrının banilərindən biri olan Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə Şərqin və Azərbaycanın ilk operası, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” zirvəsindən başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib. Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil.