SumgaitLibrary

+994 186520087


“Sizi təbrikə gəlmişik”

07.03.2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Sizi təbrikə gəlmişik” adlı tədbir keçirildi. Öncə Sumqayit Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına yönələn sərəncamlarından, şəhərimizdə gedən irimiqyaslı abadlıq quruculuq işlərindən danışaraq, bayram münasibəti ilə xanımları təbrik etdi və səmərəli fəaliyyətinə görə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir neçə əməkdaşını fəxri fərmanla təltif etdi. S.Vurğun adına Mərkəzi Kitabxananın müdiri Yeganə Əhmədova çıxış edərək belə tədbirlərin əhəmiyyətindən söz açdı. Şairlərdən Zirəddin Qafarlı, Əli Nəcəfxanlı, Sabir Yusifoğlu və Nadir Azayoğlunun oxuduğu şeirlər, S.Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbinin şagirdləri Hüseyn Qədirovun, Rəvan Abdullazadənin, Rövşanə Əliyevanın, Səbuhi Namazovun ifa etdiyi mahnılar və saz havaları məclisdə əsil bayram ovqatı yaratdı. Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin əməkdaşları Gülnar Hüseynli, Rəna Xələfova, Zərnigar Babayeva da bayram münasibəti ilə öz həmkarlarını təbrik etdilər. Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin təşkilində əməyi olan hər kəsə - şairlərə,musiqiçilərə və hər zaman sumqayıtlı oxucuların xidmətində duran şərəfli peşə sahibləri olan kitabxanaçılara minnətdarlığını bildirdi.