SumgaitLibrary

+994 186520087


Ədəbi kompozisiya

06.03.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Beynəlxalq Qadınlar bayramı ilə əlaqədar “Anam sevdirmiş mənə bu vətəni, bu eli” adlı ədəbi kompozisiya keçirmişdir. Tədbir 15 saylı məktəbin 1-ci sinif şagirdləri ilə birlikdə keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova uşaqlara əlamətdar günlə bağlı məlumat verərək bildirdi ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutmuşdur.Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini vermiş, onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.Sonra şagirdlər Azərbaycan qadınına, anaya həsr edilmiş müxtəlif şeirlər söylədilər.Tədbirdə “Dünyanın tacı – Analar” başlığı altında sərgi nümayiş etdirildi.