SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

01.03.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar kitabxananın fəal oxucuları üçün “Mülki Müdafiə müasir mərhələdə” adlı informasiya saatı keçirilmişdir.Multimedia mütəxəssisi İsayeva Ülviyyə oxuculara muasir mərhələdə mülki müdafiənin əsas prinsiplərindən məlumat verərək qeyd etdi ki, Azərbaycan bu nüfuzlu Beynəlxalq Təşkilatın tərkibinə 1993-cü ildə daxil olmuşdur. Tədbirdə Mülki Müdafiənin təşkili əsaslarından və vəzifələrindən, təbii fəlakətlər və istehsal qəzaları zamanı mülki müdafiə dəstələrindən istifadə etməyin yollarından söz açıldı. Qeyd edildi ki, hər bir şəxs mülki müdafiəyə-özünü müdafiəyə hazır olmalıdır. Tədbirdə fərdi mühafizə vasitələrindən istifadə yolları haqqında məlumat verildi.