SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

28.02.19-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycan dahi ədib, publisist Cəlil Məmməduluzdənin 150 iilik yubileyi ilə əlaqədar onun “Poçt qutusu” əsəri əsasında ədəbiyyat saatı keçirilmişdir.Böyük kitabxanaçı Səadət Allahverdiyeva tədbiri açaraq hamını salamladı. Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması haqqında imzladığı sərəncamdan geniş söhbət açdı. Sonra söz oxuculara verildi. Rzayeva Mədinə ”Cəlil Məmmədquluzadənin yaradıcılığına bir baxış” adlı məıruzə etdi. Kitabxananın fəal oxucuları, 28 saylı məktəbin 5 b sinif şagirdləri “Poçt qutusu”əsəri haqqında fikir mübadiləsi etdilər, maraqlı diskusiyalar apardılar. ”Bizim yubilyarlar” başlıqlı sərginin də geniş xülasəsi verildi. Mövzu ilə bağlı videoçarx da nümayiş olundu.AYB-nın Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, 28 saylı məktəbin müəlliməsi Məlahət müəllimə,KK-nın müdiri Zərnigar Babayeva tədbir haqqında,Cəlil. Məmmədquluzadə haqqında öz fikirlərini uşaqlarla bölüşdülər