SumgaitLibrary

+994 186520087


Söhbət

28.02.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 1988-ci ildə baş vermiş Sumqayıt hadisələri ilə bağlı tanınmış yazıçı-publisist və kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovun “28-dən 29-a keçən gecə” adlı kitabı üzrə söhbət keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Kitabxana Klubun müdiri Zərnigar Babayeva oxucuları və Sumqayıtın tarix yazan canlı əfsanəsi Eyruz Məmmədovu salamladı .Sözü gedən kitab haqqında müəllif oxuculara 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədən, təşviq edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında ətraflı məlumat verdi. Tədbirdə oxucular müəllifə kitabla bağlı öz suallarını verdilər.