SumgaitLibrary

+994 186520087


Ümumdünya Mülki Müdafiə Günü

28.02.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq “Mülki müdafiə ümumxalq işidir” adlı tədbir keçirildi. Gün ərzində şöbəyə gələn oxuculara İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda və oxucu Babazadə Gülavaz tərəfindən mülki müdafiənin vəzifələri, təbii fəlakətlər, qəza və fəlakətlər zamanı əhalinin davranış qaydaları, ilk tibbi yardımın vacibliyi və göstərilməsi haqqında məlumat verildi. Eyni zamanda Mülki Müdafiə avadanlıqlarından istifadə olunması əyani şəkildə nümayiş olundu.