SumgaitLibrary

+994 186520087


Anım tədbiri

25.02.2019-cu il tarixində C.Məmmədquluzadə adına kitabxana filialı 13 saylı tam orta məktəblə birgə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Amansız faciə” adlı anım tədbiri keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra Xocalı şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş kompozisiya təqdim olundu. Sonda Xocalı qətliamının təfərrüatlarını əks etdirən kitab və dövrü nəşrlərin nümayiş olunduğu sərgidən icmal verildi.