SumgaitLibrary

+994 186520087


Xocalı soyqırımı

25.02.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsi haqqında sərəncamına əsaslanaraq Tofiq İsmayılov adına 29 saylı məktəbdə tədbir keçirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda Xocalı faciəsi haqqında geniş məlumat verdi. Sonra məktəbin müəllimləri Mustafayev Vahid, Mirzəyeva Rəna mövzu ilə əlaqədar çıxışlar etdilər.Məktəbin 4A sinif şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndi.Sonda Vahid Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nəsirova Nafilə, İncəsənət şöbəsinin müdiri Qələndərova Aidə tədbir iştirakçılarını “Tarixin qanlı səhifələri” adlı sərgi ilə tanış etdilər.